Bia.Az

Erməni politoloq: "Ciddi sınaq və böyük münaqişə astanasındayıq"

Dünya
 15-03-2023, 16:03     149

Erməni politoloq, Alternativ Layihələr Qrupunun üzvü Vahe Hovannisyan diqqət çəkən açıqlamalar verib.

AzVision.az xəbər verir ki, o yerli mediaya verdiyi açıqlamada ölkəsinin məhv olma ehtimalının artdığını deyib.

"Nikol Paşinyanın dünənki mətbuat konfransından bir şey aydın oldu- Ermənistan ciddi sınaq və böyük münaqişə astanasındadır. Bu inanılmaz olsa da, amma faktdır. Tarix gözümüzün qabağında təkrarlanır. Biz hələ də fiziki məhv olma təhlükəsi ilə üz-üzəyik, dövlətçiliyimiz sual altındadır.
Bütün bunlar öz səhvlərimizə görə baş verir. Başqa millətlərin hava limanlarında təyyarə gözlədiyi kimi biz fəlakət gözləyirik. Biz sadəcə gözləmə mövqeyindəyik ki, görəsən başımıza nə gələcək, - ekspert qeyd edib.
Qaribaşvilinin sensasiyalı bəyanatı, İrəvanın “Baxmut”a çevrilməsiHovvanisyan erməni cəmiyyətinə sual ünvanlayaraq deyib: "Belə çıxır ki, 30 illik dövlətçilik tarixi bizə heç nə verməyib. Nə dövlət təfəkkürü, nə dövlət qurumları, nə şəxsiyyət, nə də başqa baxımdan inkişaf etmədik. Buna inana bilmirəm".
Bundan başqa, ekspert gileylənib ki, sanki insanlara heç nə təsir eləmir: "Ölümlər, minlərlə müharibə qurbanı, artıq vətəndaşların evlərindən 2 saatlıq məsafədə döyüşlərin baş verməsi cəmiyyətə təsir etmir. Artıq insanlarımıza korrupsiyalaşmış hakimiyyətlərin tarixçələri, onların ucaltdıqları malikanələr və təkəbbürlü davranışları təsir etmir. Sanki Rusiya ilə münasibətlərin süni və kəskin şəkildə dəyişməsi bizə heç bir nəticə vermir. Rusiyanın belə ölkələrin dövlətçiliyini itirəcəyi ilə bağlı açıq xəbərdarlığı, Ukraynadan gələn kadrlar da işə yaramır".
O həmçinin vurğulayıb ki, onları gözləyən fəlakəti dayandırmaq üçün bir fürsət var.
Qaçılmaz kimi görünən digər hadisə isə “Böyük döyüş”dür. Dünənki mətbuat konfransında Paşinyan həmişəki kimi ümumi tariximizin bəzi epizodlarını növbəti dəfə saxtalaşdırdı.скачать dle 12.1