Bia.Az

Ziya Məmmədovun qardaşına yeni vəzifə verilib

Siyasət
 15-03-2023, 15:12     237

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinə müdir təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, AMEA prezidenti İsa Həbibbəylinin müvafiq əmri ilə bu vəzifəyə texnika elmləri doktoru, professor Elton Məmmədov təyin olunub. 

Elton Məmmədov saytımıza açıqlamasında bildirib ki, AMEA-da aparılan islahatlar çərçivəsində İşlər İdarəsi ləğv edilib və bu ilin yanvar ayında yerinə Təsərrüfat İşlərinin Təşkili Şöbəsi yaradılıb: "Bu vəzifəyə mən təyin edilmişəm”. 

Qeyd edək ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov bu vəzifəsindən əvvəl AMEA ləğv edilən İşlər İdarəsinin müdiri vəzifəsini tuturdu.
скачать dle 12.1