Bia.Az

İcra başçısının olmayan müavini necə "işdən çıxarılıb"?

Siyasət
 15-03-2023, 15:08     222

Bir neçə gün əvvəl yerli mediada Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun müavini Gündüz Əliyevi işdən çıxardığı barədə məlumat yayılıb. 

Valyuta.az-ın məlumatına görə, Zakir Fərəcovun Gündüz Əliyev adında müavini olmayıb. İcra Hakimiyyətində Əliyev Gündüz Aydın oğlu adlı bir nəfər var ki, o da müavin vəzifəsini daşımır. Haqqında bəhs etdiyimiz Gündüz Əliyev İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri vəzifəsini daşıyıb. 

Əldə etdiyimiz məlumata görə, mediada Zakir Fərəcovun müavini kimi təqdim edilən Gündüz Əliyev əslində yuxarıda adını qeyd etdiyimiz şəxsdir. 

Bildirilir ki, Gündüz Əliyevin müavin kimi təqdim edilməsi səbəbsiz deyil. Məsələ burasındadır ki, o, illərdir müavin vəzifəsinə təyin olunmasını gözləyirdi və işdən çıxan günə qədər icra başçısının təsərrüfat işləri üzrə müavin vəzifəsini icra edib. Bu vəzifəyə təsdiqlənəyəcəyi halda qəfil işdən çıxarılması barədə məlumat yayılıb. 

İddialara görə, əslində Zakir Fərəcov Gündüz Əliyevi işdən çıxarmaq istəməyib. Onun göz dikdiyi posta Fərid Ələkbərovun təyinat almasından sonra Gündüz Əliyev işə çıxmaqdan imtina edib. Hazırda da Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmi veb-səhifəsində Gündüz Əliyevin adı şöbə müdiri kimi qeyd edilib. 

Yada salaq ki, bir müddət əvvəl Sumqayıt bələdiyyəsinin sədri Sərviz Süleymanovun icra başçısı ilə arasında yaranmış narazılığa görə işə çıxmadığı barədə xəbər yayılmışdı. скачать dle 12.1