Arxiv

Oxunub:156 / 11 mar 09:46sosial, bolge

Neftçalada sosial haqsızlıq



Neftçalada sosial haqsızlıq















Neftçala rayon sosial müdafiə mərkəzinin ünvanlı yardım şöbəsində, çox yox yarım saat durmaq yetər ki, vəziyyətin necə də acınacaqlı olduğunu öz gözlərinlə görəsən. Yardım arzusu ilə sosial müdafiə mərkəzinə gedən vətəndaşların demək olar ki, hamısının ümidi puça çıxır

Belə ki, 2013-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin olunan Səlim Müslümovun daim öyündüyü Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi V(EMTAS) da DSSMF-nin Neftçala Şöbəsinin “qurbanına” çevrilib. Nazirliyin yaratdığı Elektron ünvana Müraciət edən sakinlərə heç bir köməklik göstərilmir. Bahanə kimi işığın çeki düz deyil, nə bilim qazın yoxdur boş mənasız əsaslar gətirərək bildirirlər ki, sənə sosial düşmür. Amma Neftçalada Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yetkili şəxslərinin “şərtləri”nə əməl olunarsa, belə deyək müdir Ramil müəllimə 4 ayın pulunu verdiyin halda hər şey dəyişir. Necə olursa keçməyən qəbizlər keçir, sənə düşməyən yardım düşür. Bir sözlə Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) analoqu olmayan özbaşınalıqlar hökm sürür. Sözü gedən mərkəzdə rüşvətxorluq, korrupsiya və digər qanunsuz hallar baş alıb gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən nümayənda gəlib yoxlasa açıq görəcək ki, sosial müavinəti 70 faiz imkanlılar alırlar. Amma müharibədə ayağını itirmiş kimsəsiz Neftçala rayon Qoltuq sakini Əliyev Bəxtiyar sosial ala bilmir. Səbəb odur ki, bu kimsəsizin nəyinki, qaz sarğaçı heç qapısıda yoxdur. Bir sözlə Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yetkili şəxslərinin “şərtləri”nə əməl olunarsa, o zaman işiniz qısa müddət ərzində yoluna qoyulacaq və heç kim sizə problem yaratmayacaq. Düzdür, Neftçala sosial yardımlara ehtiyyacı olan insanlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələ ki, bunun heç bir faydasını görməyiblər. Yəni indiyədək məsələ ilə bağlı araşdırma aparan, camaatı narahat edən problemləri yoluna qoymağa çalışan olmayıb”.xeberfakt.az