Bia.Az

ABŞ bombardmançısı Rusiyanın şimal paytaxtını “vurdu”

Dünya
 12-03-2023, 12:33     186

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji bombardmançı təyyarə Sankt-Peterburqdan 200 kilometr məsafədə uçub. Təlimlər zamanı onun Rusiyanın şimal paytaxtına “zərbə endirdiyi” güman edilir.

Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “İzvestiya” yazır.

Martın 11-də məlum olub ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52H “Stratofortress” bombardmançı təyyarəsi Sankt-Peterburqdan 200 kilometr aralıda yerləşən Qoqland adası yaxınlığında raket buraxma mövqeyinə daxil olub.


Manevrdən sonra bombardmançı kəskin şəkildə dönüb və Baltikya tərəf istiqamət alıb.

Qeyd olunur ki, bu yolla təlim formatında olan təyyarə şimal paytaxtında “geri çəkilib”.скачать dle 12.1