Bia.Az

Azərbaycanda DƏHŞƏT: kişi arvadını, qayınanasını və onun qardaşını...

Hadisə
 11-03-2023, 22:38     239

Yevlax rayonunda bir ailənin üç üzvünün bıçaqlanması ilə bağlı bəzi məqamlar məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.

Onlar xəstəxanaya yerləşdirilib. Ümid Bağırovun vəziyyəti ağır, digərlərinin durumu orta-ağır qiymətləndirilir.


DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Səbuhi Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.

 ***
Yevlax rayonunda üç nəfər bıçaqlanıb.

APA-nın xəbərinə görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların bir ailənin üzvü olduqları bildirilir.

Məlumata görə, hadisə ailənin kürəkəni tərəfindən törədilib. Yaralılardan birinin vəziyyəti ağır, ikisinin durumu stabildir.


APA-nın əldə etdiyi məlumata görə, bıçaqlanma ailə münaqişəsi zəminində baş verib.скачать dle 12.1