Bia.Az

“AZƏRBAYCAN QALİB GƏLMƏYƏ BAŞLAYB” – "Rusiya Bakının şərtlərini qəbul etməyə məcbur olur, Avropa isə...”

Siyasət
 11-03-2023, 13:42     227

“Cənubi Qafqazda hərbi əməliyyatların bərpası, Qərb üçün “qırmızı xətt”in keçilməsi, əsl müharibədir”.

“AzPolitika.info” xəbər verir ki, bunu almaniyalı politoloq Aleksandr Rar erməni mediasına açıqlamasında deyib.

“Belə olan halda Qərb başqa üsullarla vəziyyətə təsir göstərməyə çalışacaq”, - o bildirib.

Ekspert hesab edir ki, üç il əvvəl Azərbaycan və Ermənistan arasında müharibənin dayandırılmasında dominant qüvvə Rusiya olub və dünya Rusiyanı bu regionda stabilliyin əsas təminatçısı kimi tanıyıb.

“Lakin bu gün bu roldan heç nə qalmayıb. Üstəlik, Rusiya yaxın xaricdə öz təsirini itirir ki, bu da Ukraynadakı hərbi əməliyyatlardakı ursuzluqlar və Qərbdən təcrid olunması ilə bağlıdır” - deyə, politoloq qeyd edib.

Aleksandr Rar bildiri ki, Azərbaycan qalib gəlməyə başlayır: “O mənada ki, Rusiya onun şərtlərini qəbul etməyə məcbur olur. Moskva Avropa üçün mühüm resursların sahibi olan Azərbaycanın tamamilə Qərbə üz tutmasını istəmir. Rusiya Azərbaycanla istənilən halda qaz, neft və xarici siyasətlə bağlı ciddi danışıqlar aparacaq. Azərbaycan eyni səbəblərə görə Avropa İttifaqı (Aİ) üçün Rusiya tədarükünə alternativ olaraq çox vacibdir. Buna görə də bu gün Aİ əvvəllər etmədiyi bir çox şeylərə göz yummağa hazırdır”.
O əlavə edib ki, Avropa ABŞ-ın dəstəyi ilə Rusiyanın təsirini azaltmaq üçün regionda fəallaşır, Rusiya və Çinə qarşı güclənməyə çalışır.
Avropa eyni zamanda Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasına çalışır ki, Ermənistan təcrid vəziyyətindən çıxsın. Amma əslində strateji məqsəd Ermənistanın Rusiyanın orbitini tərk etməsinə nail olmaqdır”- deyə, Aleksandır Rar vurğulayıb.скачать dle 12.1