Bia.Az

TƏCİLİ: Zakir Həsənov NÖQTƏ QOYDU! Ordu təxribatlara cavab verəcək – CANLI

Gündəm
 11-03-2023, 12:56     259

"Ordumuzun bölmələri tərəfindən dəfələrlə müşahidə olunan, Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımaları və canlı qüvvənin rotasiyasını həyata keçirməsi yolverilməzdir".

Musavat.com xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 11-də keçirilən xidməti müşavirədə deyib.
Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsi bundan sonra da davam etdirilməlidir.

Ordumuz bölgədə süni gərginlik yaratmağa çalışan Ermənistanın ehtimal edilən təhdidlərinə qarşı preventiv tədbirlər görməli və zərurət yarandıqda adekvat cavab verməlidir. Bildirilib ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq üçün qəti zəruri addımlar atacaq.
TVMusavat-ın saat 12:00-da “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Yeganə Hacıyeva ilə müdafiə nazirinin tapşırıqlarını müzakirə edir.

Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/channel/UCtvU8QAYnxFGCH7v9


скачать dle 12.1