Bia.Az

Elxan Şahinoğlu: “Gərək azərbaycanlı nazir orda olardı ki...”

Siyasət
 10-03-2023, 15:06     250

Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində iclası keçirilib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirak etdiyi toplantıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov iştirak etməyib. Keçmiş Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Bundan əlavə, Ərəb Liqasının baş katibi Əmir Musanın ADA Universitetinin fəxri doktoru olduğunu nəzərə alsaq, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bu toplantıda olması mütləq idi.

“Ermənilərə boşluq vermək və onların manevr imkanlarını genişləndirmək olmaz. Ermənilər bu kimi boşluqlardan gələcəkdə bizim əleyhimizə istifadə edəcəklər”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“ADA Universitetinin rəhbərliyinə də sual vermək lazımdır ki, belə bir təqdimatdan sonra necə olur ki, bu təşkilatın rəhbərliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyi toplantıya dəvət olunmur. Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısı 2022-ci ilin noyabrın 1-də Əlcəzairdə keçirilmişdi. Həmin toplantıda Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdi. Hətta fevral ayında Ceyhun Bayramov Misirdə səfərdə olub. Məhz bu toplantı da bizim üçün vacib idi. Təsəvvür edin, erməni nazirini çağırırlar, o da həmin toplantıda Azərbaycan əleyhinə ağzına gələni danışır, ancaq kimsə ona etiraz etməyib. Gərək azərbaycanlı nazir orda olardı ki, Azərbaycanın mövqeyini çatdırardı və erməni nazirin yalan danışdığını bildirərdi. Qarşı tərəf nəzakətsizlik göstərib. Amma biz gərək özümüzü də tənqid edək, bizim diplomatiya da fəal olmalıdır. Ermənilərə boşluq vermək və onların manevr imkanlarını genişləndirmək olmaz. Ermənilər bu kimi boşluqlardan gələcəkdə bizim əleyhimizə istifadə edəcəklər. Buna imkan verməməliyik”, - politoloq vurğulayıb. скачать dle 12.1