Bia.Az

Şagirdlərdən məktəbin xadimələrinə maraqlı “hədiyyə” – Fotolar

Bölgə
 9-03-2023, 11:35     1 396

Lənkəran rayonu Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbinin oğlan şagirdləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xadimələrin yerinə işə gələrək məktəbi təmizləyiblər.

Yeniavaz.com xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat və fotolar yayılıb.

“Məktəbimizin könüllülər qrupunun oğlan üzvlərinin öz təşəbbüsləri ilə xadimələri 8 Mart  – Beynəlxalq Qadınlar Günü münasibətilə kreativ  təbriki xadimələrdə xoş təəssürat yaratdı”, – məlumatda deyilir.

Hadisə martın 7-də – iş günü baş verib.





скачать dle 12.1