Bia.Az

Sabiq müdafiə nazirinə 12 il həbs verildi - Yanvar hadisələrinə görə

Dünya
 9-03-2023, 11:03     162

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanova hökm oxunub.
 
Modern.az "Zakon.kz"a istinadən xəbər verir ki, o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Bektanov 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən iğtişaşlar zamanı hərəkətsizlikdə təqsirli bilinib.
 
Qeyd edək ki, yanvar hadisələri zamanı Qazaxıstanda 238 nəfər həyatını itirmiş, 4 500-dən çox insan müxtəlif dərəcəli xəsarətlər almışdı.скачать dle 12.1