Bia.Az

Aylar sonra gələn ŞOK İDDİA - Ukraynanın bu işdə əli var

Dünya
 9-03-2023, 10:54     144

Amerikanın New York Times (NYT) qəzetinin Rusiyadan Almaniyaya su altından təbii qaz nəql edən “Şimal axını 1” boru kəmərinin partladılması ilə bağlı iddiası müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, qəzetin yazdığına görə, ABŞ kəşfiyyatı sentyabrın 26-da “Şimal axını” boru kəmərində baş vermiş partlayışla bağlı Ukraynayönlü qruplaşmadan şübhələnir.

Həmçinin bildirilib ki, Amerika rəsmilərində cinayətkarların Ukrayna hökumətinin hansısa rəsmisinin göstərişi ilə hərəkət etdiyinə dair heç bir sübut yoxdur.

Ukrayna prezidenti Zelenskinin müşaviri Mixail Podolyak iddia ilə bağlı bildirib ki, Ukraynanın “Şimal axını”nı hədəf alan hücumlarla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, ABŞ-ın aparıcı jurnalistlərindən olan Seymur Herş ötən ay təxribatın arxasında Amerika Mərkəzi Kəşfiyyat Təşkilatı CIA-nın olduğunu iddia etmiş və bu iddia ABŞ rəhbərliyi tərəfindən qəti şəkildə rədd edilmişdi. Kremlin sözçüsü Dmitri Peskov isə bildirmişdi ki, hücumu hazırlayanların diqqəti fərqli istiqamətə çəkmək istədikləri açıq-aşkardır.скачать dle 12.1