Bia.Az

Jurnalist və vəkilin mühakimə anonsu

Cəmiyyət
 8-03-2023, 17:15     165

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun istintaqı bitib. Mühakimə prosesinin Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcəyi bəyan olunub.

Novator.az bildirir ki, hər iki şəxs 2022-ci il sentyabrın 10-da tutulub, Baş Prokurorluğun İstintaq İdarəsinin jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham etdiyi açıqlanıb. İddiaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb.
Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
Sentyabrın 21-də Əvəz Zeynallıya vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.
İddiaya görə, Əvəz Zeynallı bəzi dövlət qurumlarından icazələr alınması, sənədlərin əldə edilməsi işlərinə qarışıb, bunun müqabilində pul alıb.
Dekabrın 29-da Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Əvəz Zeynallı barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay uzadıb.
Tutulandan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Əvəz Zeynallı bu il yanvarın 31-də Penitensiar Xidmətin müəssisəsinə – Bakı İstintaq Təcridxanasına köçürülüb.
1969-cu il təvəllüdlü Əvəz Zeynallı bir neçə qəzetin yazarı, “Vətəndaş həmrəyliyi” və “Xural” qəzetlərinin baş redaktoru olub.
Jurnalist 2011-ci il oktyabrın 28-də həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunan Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
2015-ci ildə Əvəz Zeynallı “Xural” internet televiziyasını təsis edib.
Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.скачать dle 12.1