Bia.Az

Rus diplomatdan Aİ-nin Ermənistandakı missiyası barədə AÇIQLAMA

Dünya
 7-03-2023, 17:15     166

Aİ missiyasının Ermənistanda fəaliyyətə başlaması Rusiyanın vasitəçiliyi ilə əldə olunan nəticələrdən istifadə edərək, postsovet məkanında öz yerini tutmaq cəhdindən başqa bir şey deyil.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Kirill Loqvinova məxsusdur.
Onun sözlərinə görə, Qərbin missiya göndərmək niyyətinin arxasında həm də həm də anti-Rusiya komponenti dayanır. Bununla Avropa Birliyi Rusiyanın bölgədə “təhlükəsizliyin təminatçısı kimi tarixi rolunu” heçə endirmək və neytrallaşdırmaq istəyir.

Xatırladaq ki, bu ilin fevralın 20-dən Ermənistanda iki illik mandatla 200 nəfərdən ibarət yeni Avropa missiyası məskunlaşıb.скачать dle 12.1