Arxiv

Oxunub:247 / 31 mar 11:51gundem

Qarabağda nə qədər erməni yaşayır?



Qarabağda nə qədər erməni yaşayır?

2015-ci ilin dekabrında Dağlıq Qarabağda keçirilən siyahıyaalmanın ilkin nəticələri məlum olub.

Milli.Az modern.az-a istinadən bildirir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında 146 min 260 nəfər yaşayır. Qondarma Dağlıq Qarabağ Respublikasının Statistika Xidmətinin məlumatına görə, həmin sakinlərin 70 min 512 nəfəri şəhərlərdə, o cümlədən 50 mini Xankəndidə yaşayır.

"Qarabağın Statistika Xidməti" siyahıyalamanın yekun nəticələri barədə 2016-cı ilin noyabrında hesabat dərc edəcəyini və həmin sənəddə 55 aspekt üzrə Dağlıq Qarabağda yaşayan sakinlərin milliyyəti, məşğuliyyəti və sosial tərkibi barədə məlumat verəcəyini bildirib.

Dağlıq Qarabağda sonuncu dəfə 2005-ci ildə siyahıyaalma keçirilmişdi. Həmin vaxt bölgədə 137 min 737 nəfərin yaşadığı müəyyən olunmuşdu.

Son 10 ildə Azərbaycanın işğal olunmuş torpaqlarında yaşayan əhalinin sayı cəmi 8,5 min nəfər artıb.