Bia.Az

Naftalanda evdə yanğın olub, zəhərlənən var

Bölgə
 17-04-2020, 12:55     410

Naftalanda evdə yanğın olub, zəhərlənən varNaftalan şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli evdə yanğın hadisəsi baş verib.

Bu barədə "bia.az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı yataq dəsti və xalça yanıb. Yanğın nəticəsində 1 nəfər tüstüdən zəhərlənib.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.скачать dle 12.1