Bia.Az

XİN başçısı: “Gürcüstan Azərbaycana dəstək və həmrəylik mesajı göndərir”

Siyasət
 17-04-2020, 12:19     314

XİN başçısı: “Gürcüstan Azərbaycana dəstək və həmrəylik mesajı göndərir”“Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bununla Gürcüstan COVID-19 infeksiyası ilə mübarizə aparan Azərbaycana ümid, dəstək və həmrəylik mesajı göndərir”.
“bia.az”in yerli bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkalini özünün “Twitter” hesabında yazıb.

“Biz hamımız bir qayıqdayıq. Biz hamımız bir yerdə qalib gələ bilərik”, - XİN başçısı qeyd edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Gürcüstana təşəkkürünü bildirib. "Gürcüstan Tbilisi teleqülləsində milli bayrağı işıqlandıraraq Azərbaycanla həmrəyliyi nümayiş etdirdi. Təşəkkür, dost Gürcüstan!", - deyə Azərbaycanın xarici siyasət idarəsinin "Twitter" səhifəsində qeyd edilir.скачать dle 12.1