Bia.Az

Ermənistanın illik inflyasiya statistikası

Dünya
 6-03-2023, 19:14     161

2023-cü ilin fevralında Ermənistanda istehlak ötən ilin eyni ayına nəzərən 8,1 faiz bahalaşıb. Novator.az-ın məlumatına görə, Statistika Komitəsi ərzaq məhsulları üzrə qiymət yüksəlişini 9,8 faiz göstərir. Hesabata əsasən, meyvə 14,1 faiz, çörək və başqa taxıl məhsulları 11,8 faiz, süd məhsulları və yumurta 11,4 faiz, ət 9,8 faiz, tərəvəz 7,4 faiz, yağ 2,3 faiz dəyər artırıb.

İstirahət və əyləncə sahəsi üzrə 12,6 faiz, restoran və mehmanxana xidməti üzrə 9,4 faiz, siqaret və alkoqollu içkilər üzrə 9,3 faiz, geyim və ayaqqabı üzrə 7,7 faiz, kommunal xidmətlər üzrə 7,5 faiz, nəqliyyat xidməti üzrə 2,2 faiz, rabitə xidməti üzrə 0,6 faiz bahalaşma qeydə alındığı xəbər verilir.скачать dle 12.1