Bia.Az

Hərbçimizin minaya düşərək şəhid olması təsdiqləndi

Hadisə
 6-03-2023, 01:06     206

Azərbaycan Ordusunun hərbi qulluqçusu Kamran Namiz oğlu Hüseynovun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.

Bu barədə Axar.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.скачать dle 12.1