Bia.Az

İran Milli Bankının Bakı filialı bu ilin I rübünü mənfəətlə başa vurub

Dünya
 17-04-2020, 11:34     303

İran Milli Bankının Bakı filialı bu ilin I rübünü mənfəətlə başa vurubİran Milli Bankının Bakı filialı bu ilin I rübünü 234 min manat xalis mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 8,603 milyon manat xalis zərərlə çıxmışdı.

"bia.az" xəbər verir ki, yanvar-mart aylarında İran bankının gəlirləri 816 min manat (illik müqayisədə 8,2% az), xərcləri 415 min manat (22,1% çox), xüsusi ehtiyatlara ayırmaları 160 min manat (98,3% az), mənfəət vergisi ödəmələri isə 6 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.

Bu il aprelin 1-nə İran bankının aktivləri 97,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,4% azdır. Bunun 4,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 23,7% böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 43,1% artaraq 60,7 milyon manata, o cümlədən depozit portfeli 2,7% artaraq 11,5 milyon manata çatıb, balans kapitalı isə 40,3% azalaraq 36,8 milyon manata düşüb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,6 milyon manatdır.скачать dle 12.1