Bia.Az

Blatterdən DÇ-2022 ilə bağlı təklif

Gündəm
 17-04-2020, 11:11     321

Blatterdən DÇ-2022 ilə bağlı təklifFİFA-nın sabiq prezidenti Yozef Blatter 2022-ci ildə Qətərdə keçirilməsi planlaşdırılan dünya çempionatı ilə bağlı təklif irəli sürüb.

bia.az xəbər verir ki, o, “Bild”ə açıqlamasında Qətər seçimində rüşvət qalmaqalı olduğu üçün turnirə ABŞ və ya Yaponiyanın ev sahibliyi edə biləcəyini bildirib:

“2022-ci il dünya çempionatına ev sahibliyi etmək üçün Qətər seçilərkən, rüşvət qalmaqalları ortaya çıxmışdı. 2018-ci ildəki dünya çempionatından sonra yarışın Avropa ölkələrində keçirilmək ehtimalı azdır. ABŞ 2026-cı il əvəzinə 2022-ci ildə mundiala ev sahibliyi edə bilər. Bundan başqa, Yaponiya da bunu bacara bilər. Xoşbəxtlikdən növbəti turnirdə 48 yox, 32 komanda iştirak edəcək”.

Qeyd edək ki, Blatter 1998-2015-ci illərdə FİFA-ya rəhbərlik edib. O, DÇ-2022 ilə bağlı rüşvət məsələsində günahlandırılırdı.скачать dle 12.1