Bia.Az

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 2 milyona yaxınlaşır

İdman
 17-04-2020, 09:05     503

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 2 milyona yaxınlaşırDünyanın ayrı-ayrı ölkələrində 131 min nəfər COVID-19 infeksiyasının qurbanı olub.

“bia.az” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, dünyada 1 995 983 nəfər virusa yoluxub, COVID-19-dan 131 037 nəfər vəfat edib.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda COVID-19 infeksiyası 210 ölkədə və regionda qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 12.1