Bia.Az

TƏCİLİ! Rusiyaya ŞOK NÜVƏ CAVABI - "Qiyamət" təyyarəsi yola çıxdı

Dünya
 3-03-2023, 14:29     156

Məlum olduğu kimi, Rusiya ABŞ ilə nüvə silahlarının təftişini nəzərdə tutan “Yeni START” müqaviləsini birtərəfli qaydada dayandırmaq qərarı verib. Bundan sonra əks addım atmış Vaşinqton nüvə müharibəsində uçan komanda mərkəzi kimi istifadə edilən "Qiyamət" təyyarəsini Avropaya göndərib.

Musavat.com xəbər verir ki, Co Bayden administrasiyasının bu addımı ABŞ-ın Rusiyanın nüvə münaqişəsi təhlükəsinə qarşı atdığı addım kimi qiymətləndirilib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) əlindəki 16 "Qiyamət günü" təyyarəsindən birinin İslandiyadakı hərbi hava limanlarından birinə eniş etdiyini açıqlayıb. Amerikanın Avropadakı komandanlığından verilən yazılı açıqlamada qeyd olunub: “Qiyamət günü təyyarəsi olaraq bilinən E-6B Merkuri Amerikanın Avropadakı məsuliyyət bölgəsində fəaliyyət göstərmək üçün İslandiyaya göndərildi”.
joe-biden-nuclear-explosion-plan.jpg (209 KB)
ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal edilən və “Boeing-707” sərnişin təyyarəsi əsasında dizayn olunan “E-6B Mercury” təyyarəsi silah olaraq yalnız zenit sistemləri daşısa da, baş verə biləcək nüvə müharibəsində strateji əhəmiyyətə malikdir. Təyyarədə olan bir sıra müşahidə və rabitə cihazları ABŞ-ın quruda, havada, dənizdə bütün strateji və taktiki hərbi birləşmələrlə daimi əlaqə saxlaması təmin edir. Təyyarədəki sistemlər, hətta uzaqdan komanda ilə quruda yerləşdirilən qitələrarası raketləri vurmaq imkanına malikdir. Beş nəfərlik ekipajı olan, 17 hərbi operator tərəfindən idarə edilən təyyarə Pentaqonla daim əlaqə saxlayır.
Bu təyyarə 2000-ci illərdə istehsal edilib və xidmətə başlayıb. 155 ton uçuş gücünə malik olan dördmühərrikli təyyarə təxminən 12 min kilometr uçuş məsafəsinə malikdir. Təyyarə havada yanacaqla doldurularsa, o, həftələrlə göydə müşahidəyə davam edə bilər.
İKİ ÖLKƏNİN NÜVƏ GÜCÜ
Russia-sounds-alarm-on-risk-of-d.jpg (60 KB)
RUSİYA: 2018-ci ilin məlumatlarına görə, Moskvada 1420 strateji nüvə başlığı var. Bunlardan 517 baş daşıyıcı raketlərə yüklənir. Qalan başlıqlar qeyri-aktivdir.
ABŞ: Vaşinqtonun təxminən 1900 nüvə başlığı var. Nüvə döyüş başlıqlarının 1550-si qitələrarası raketlərə quraşdırılıb. 300-ə yaxın nüvə bombası da bombardmançılar tərəfindən hədəfə çatdırılmaq üçün nəzərdə tutulub.
Pentaqonun müdafiə siyasəti üzrə katibinin müavini Colin Kahl deyib ki, Moskva qeyri-məhdud nüvə silahı yarışına girmək iqtidarında deyil. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin Ukraynaya tədarük edilən silahlara nəzarətlə bağlı keçirilən iclasında çıxış edən Kahl Moskva administrasiyasının Yeni START sazişini dayandırması ilə bağlı sualı dəyərləndirib və Rusiyanın müqavilədən çıxmasını “maraqlı” adlandırıb.
“Düzünü desəm, Rusiya qeyri-məhdud nüvə silahı yarışında iştirak etmək iqtidarında deyil. Xüsusilə də müharibənin ordunun üzərinə düşən yükü və ixraca nəzarətlə bağlı sanksiyaları nəzərə alsaq, onların buna pulu yoxdur” - Kahl deyib.скачать dle 12.1