Bia.Az

Kadırov: "Xüsusi əməliyyat zonasında yeni Rusiya yaranır"

Dünya
 2-03-2023, 11:46     142

Çeçenistan rəhbəri Ramzan Kadırov dünyada baş verən hadisələri şərh edərkən bildirib ki, xüsusi hərbi əməliyyat zonasında “indi yeni Rusiya yaranır – qorxmaz döyüşçü-qəhrəmanlar və fədakar əməkçilər ölkəsi”.

"Baş verənlərə verdiyim qiymət ilk baxışda bəzi insanları təəccübləndirə və ya şoka sala bilər, lakin indi həqiqətən xoşbəxt vaxtdır", - Kadırov Telegram kanalında bildirib.

Kadırov RF prezidenti Putini bütün sağlam bəşəriyyətin xilaskarı adlandıraraq yazıb ki, o, yeni Rusiya Federasiyasının yaradıcısıdır.
Kadırov yazır: “Burada (müharibə zonasında) rus xalqının rəhbərlik etdiyi həmin icma formalaşır, onun qüdrətli çiyinlərində unikal güc qurulacaq”.скачать dle 12.1