Arxiv

Oxunub:71 / 27 fev 08:02Texnologiya

Hakerlərimiz qondarma separatçı rejim “rəhbəri”nin” ”Facebook” səhifəsinə “əl gəzdirdilər”



Hakerlərimiz qondarma separatçı rejim “rəhbəri”nin” ”Facebook” səhifəsinə “əl gəzdirdilər”















İşğqal altında olan Dağlıq Qarabağda yaradılan separatçı rejimin “rəhbəri” Bako Saakyanın
“Facebook” səhifəsi dağıdılıb. “Ölkə.Az” xəbər verir ki, “Anti-armenia Team” hakerlər qrupu Saakyanın səhifəsini ələ keçirib.

Hakerlər Saakyanın səhifəsində Xocalı faciəsi zamanı həlak olanlar barədə məlumat veriblər.
“Rusiyalı jurnalist Viktoriya İvleva Xocalı erməni qoşunları tərəfindən işğal edildikdən sonra əraziyə səfər edib. Viktoriya uşaq və qadınların meyitləri ilə dolu şəhər küçələrinin fotolarını çəkib. Jurnalist xatirələrində Xocalıda əsir götürülən Mesxeti türkləri, erməni əsgəri tərəfindən vurulması, bir əsir qadına kömək etməsi barədə məlumat verib”.

Haker qrupu Xocalı soyqırımı barədə müxtəlif məlumatlar paylaşdıqdan sonra hesabda öz izlərini də qoymağı unutmayıblar.


Hakerlərimiz qondarma separatçı rejim “rəhbəri”nin” ”Facebook” səhifəsinə “əl gəzdirdilər”