Bia.Az

Moskvada universitetdə Ukrayna bayrağı asıldı - Nazirlik hərəkətə keçdi

Dünya
 1-03-2023, 14:34     138

Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi Ukrayna bayraqları ilə bağlı vəziyyətlə əlaqədar Moskvada Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) yoxlama aparır.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.



Buna səbəb universitetin əsas binasında Ukrayna bayraqlarının asılması olub. Bundan sonra, RF Elm və Ali Təhsil Naziri Valeri Nikolayeviç Falkovun qərarı ilə  RXDU-ya daxili yoxlama təyin edilib.
Bildirilir ki, bu, universitetin həmvətən təşkilatlarının (Gürcüstan, Moldova, Monteneqro, Serbiya, Kipr, Yunanıstan) ənənəvi sərgisi çərçivəsində həyata keçirilib. Bayrağı asan şəxslərin cəzalandırılacağı qeyd olunub. скачать dle 12.1