Bia.Az

Qobustan RMX PHŞ-də vəzifəli şəxslərə cinayət işi açılıb

Cəmiyyət
 28-02-2023, 22:22     361

“Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Qobustan Rayon Prokurorluğundan “Qafqazinfo”-nun sorğusuna cavab olaraq bildilib ki, xəstəxana rəhbərliyi barədə vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Araşdırma zamanı vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Becan.az: Qeyd edək ki, bu ilin yanvar ayının 25-də Bia.az-a istinadən xəbər vermişdik ki, Qobustan Rayon Mərkəzi Xəstəxanası PHŞ-də və Şamaxı RMX PHŞ-də Baş Prokurorluğun istiqamətləndirməsi ilə Maliyyə Nazirliyi tərəfindən yeyinti hallarına görə yoxlama aparılır. Həmin yazıda qeyd etmişdik ki, TƏBİB-in mətbuat xidməti Şamaxı RMX PHŞ-də hər hansı yoxlamanın aparılmadığı barədə açıqlama verib... Bu günkü açıqlamadan belə çıxır ki, o vaxt yayılmış informasiya da həqiqətə yaxın imiş, sadəcə, yoxlama Şamaxı deyil, Qobustan RMX PHŞ-də aparılırmış.

Ancaq yuxarıdakı informasiyadan aydın olmur ki, prokurorluğun apardığı yoxlama Qobustan Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin indiki, yaxud əvvəlki rəhbərliyinin külli miqdarda dövlət əmlakını mənimsəməsilə bağlıdır(?)... Əgər, bundan əvvəlki rəhbərliyin fəaliyyəti ilə əlaqədar istintaq işi başlayıbsa, ehtimal ki, yoxlamanın bir ucu hazırda Şamaxı RMX PHŞ-nin direktoru, bundan əvvəl Qobustan rayonunda eyni vəzifədə çalışmış və barəsində dəfələrlə mətbuatda, vətəndaş açıqlamaları əsasında, dövlək əmlakını mənimsəməsi ilə bağlı yazılar dərc olunmuş Emin Hüseynə toxunacaq. Təbii ki, bu, bir ehtimaldır, yaxşısını "dövlət baba" özü bilir.

Qeydimizdə adı keçən qurum və şəxsin mövqeyini dərc etməyə hazırıq.скачать dle 12.1