Bia.Az

Qarabağdan Ermənistana 8 xəstə aparıldı, maneə törədən olmadı, amma...

Siyasət
 28-02-2023, 16:36     246

Qarabağdan onkoloji xəstəlikləri və təcili cərrahi müdaxilə tələb edən patologiyası olan 8 xəstə fevralın 28-də, səhər saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Dağlıq Qarabağdan Ermənistanın ixtisaslaşmış tibb mərkəzlərinə aparılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, 7 xəstə “Respublika Tibb Mərkəzi” ASC-nin reanimasiya şöbəsindədir, onlardan 3-nün vəziyyəti ağırdır. Bildirilir ki, 12 dekabrdan bəri Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və dəstəyi ilə 135 xəstə Dağlıq Qarabağdan Ermənistana aparılıb.

Bu dəfə də ermənilər sərbəst şəkildə ekofəallarımızın qarşısından keçərək Ermənistana gediblər. Nə yolu kəsən olub, nə də hansısa maneə yaradan. Lakin erməni mediası bu məlumatın yekununda ənənəvi qaydada Qarabağın “blokadada olduğu” barədə cəfəng əlavəni edib.скачать dle 12.1