Bia.Az

TƏCİLİ! ŞOK İDDİA - ABŞ kimyəvi hücum hazırlayır, 16 metal qutunun içində...

Dünya
 28-02-2023, 16:31     149

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov sensasion açıqlama verib.

Musavat.com xəbər verir ki, o, ABŞ-ın kimyəvi hücum hazırladığını iddia edib.

Kirillov deyib ki, Rusiya bu məlumatı ABŞ və onun əlaltılarının Ukraynada təxribat törətmək niyyəti kimi qiymətləndirir:
63fdc9f5c03c0e4154d94f93.jpg (57 KB)
"Fevralın 10-da tərkibində kimyəvi maddələr olan qatar əcnəbi vətəndaşların müşayiəti ilə Kramatorska gəlib və yerli Kuybışev metallurgiya zavodunun yerləşdiyi əraziyə aparılıb. Yük Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarəti altında boşaldılıb Vaqonda 16 ədəd bağlı metal qutu var idi. Onların yarısında kimyəvi təhlükə nişanı, BZ yazısı və iki qırmızı zolaqlı işarə var idi".
Digər tərəfdən, Rusiya televiziya və radio kanalları bu gün qəfil mesajla yayımlarını dayandırıb. Xalq arasında çaxnaşma yaradan mesajda qeyd olunub: “Diqqət! Hava hücumu xəbərdarlığı aktivdir. Dərhal sığınacaqlara gedin. Diqqət! Raket hücumu təhlükəsi var”.
Rusiya Fövqəladə Hallar Nazirliyi "Telegram"da verdiyi açıqlamada sözügedən xəbərdarlığın hakerlərin hücumu nəticəsində baş verdiyini bildirib.

Rusiyada çaxnaşma yaradan başqa bir mesaj Sankt-Peterburqun Pulkovo hava limanından gəlib. Hava limanı bu gün bütün uçuşları dayandırdığını açıqlayıb, lakin bunun səbəbi barədə məlumat verməyib.
Rəsmi kanallarda mövzu ilə bağlı heç bir açıqlama verilməsə də, Rusiya mətbuatı şəhərin üzərində pilotsuz uçuş aparatına bənzər naməlum obyektin göründüyünü yazıb.
63fdc8e9c03c0e4154d94f91.jpg (103 KB)
Rusiyanın “Baza” xəbər saytı səmada naməlum obyektin göründüyünü və bölgəyə döyüş təyyarələrinin göndərildiyini iddia etsə də, bu məlumat beynəlxalq qurumlar tərəfindən təsdiqlənməyib.
Uçuş izləmə saytlarının məlumatına görə, Sankt-Peterburqa uçan bir çox təyyarə marşrutunu dəyişməli və ya geri dönməli olub.
Dərc edilən son məlumatlarda Sankt-Peterburqda uçuşların normallaşdığı görülüb.скачать dle 12.1