Bia.Az

İran casusunu təbliğ edən “xadim” ifşa olundu - Şok isim

Gündəm
 28-02-2023, 15:44     252

İranın Azərbaycana göndərdiyi casusla bağlı silsilə yazılarımızdan sonra maraqlı məlumat aldıq.

Axar.az-ı bilgiləndirən özəl mənbənin sözlərinə görə, tanınmış şəxslərdən biri Sayman Aruzun öz reputasiyasını “bərpa etmək” və bizə qarşı çirkin kampaniyaya başlamaq üçün külli miqdarda vəsait ayırıb. Belə ki, “tanınmış ictimai xadim” kimi xarakterizə edilən şəxs jurnalist və ədəbi cameədən şəxsləri dəvət etməklə, onlara guya Sayman Aruzun “xəbəri olmadan” onun böyük ədəbiyyat adamı olması və yaradıcılığını göylərə qaldıran yazılar yazmalı, “ona qarşı kampaniyanı” isə lənətləməlidir.
Bunun üçün hər jurnalist və ədəbiyyat adamına 5 min manat qonorar da vəd edilir.
Artıq “təbliğatçılar qrupu” formalaşmaqdadır və ilkin cəhdlər də var. Xüsusilə ədəbi cameədən bəziləri artıq Sayman Aruzun fars müəlliflərindən tərcümə edib, öz adına çıxdığı “nümunələri” “fitri istedadın məhsulu” kimi təqdim etməyə başlayıblar.
Qısa araşdırmadan sonra bu “ictimai xadim”in Nemət Pənahlı olduğunu aydınlaşdıra bildik. N.Pənahlı ofisinə jurnalistləri dəvət edərək, onlarla bu mövzuda razılaşma əldə edir.
Zəruri olaraq qeyd edək ki, Nemət Pənahlı Sayman Aruzla bağlı ittihamları dilə gətirən tanınmış politoloq Qabil Hüseynlini də şantaj edərək, onu təkzibə məcbur etmişdi.
Maraqlıdır: Sayman Aruzda bu qədər vəsait hardandır ki, o, hətta Nemət Pənahlını da özünə işlədə bilir?
скачать dle 12.1