Bia.Az

Bakının bu rayonunda su olmayacaq

Hadisə
 28-02-2023, 12:21     275

Bu gün Bakının Binəqədi rayonunun bir hissəsində magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Axar.az-a Azərsu ASC-dən məlumat verilib.

Bildirilir ki, gün ərzində Binəqədi rayonunun bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A. Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin kənd Masazır ərazisinə içməli suyun verilməsində yaranacaq.
Narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.скачать dle 12.1