Bia.Az

Putin bizə xəyanət etdi, Kiyev isə Bakını seçdi - Akopcanyan

Gündəm
 27-02-2023, 12:57     251

Ukrayna açıq şəkildə Ermənistanı deyil, Azərbaycanı özünün strateji tərəfdaşı adlandırır. Zelenski Paşinyana yox, Əliyevə zəng edir. Bəs Paşinyan nə edir?

Axar.az xəbər verir ki, bunu erməni analitik Razmik Akopcanyan deyib.

“Gəlin, xatırlayaq: Ermənistanın indiki Baş naziri heç vaxt diplomatiya ustası olmayıb. Etiraf edək ki, heç kim onun simasında parlaq polemikaçı və ziyalı görməyib. Amma fürsət var idi və o, ən yaxşı keyfiyyətlərini göstərə bilərdi. Paşinyan sadəcə olaraq, Kiyevə səfər edib demokratik dünyanın lideri Zelenski ilə çiyin-çiyinə dayansa, Putini axmaq və ümidsiz vəziyyətə salardı. Əminəm ki, müvafiq tapşırıq qoyulsa, Kiyevdəki səfirliyimiz belə bir səfər təşkil edə bilərdi.
Amma olmadı. Çox yaxşı bir şans, bütün demokratik dünyanın hörmətini qazanmaq üçün vacib bir məqam əldən verildi. Təəssüflər olsun ki, Ukrayna açıq şəkildə Ermənistanı deyil, Azərbaycanı özünün strateji tərəfdaşı adlandırır. Zelenski Paşinyana yox, Əliyevə zəng edir. Ukrayna Prezidenti Əliyevə göstərdiyi köməyə və dəstəyə görə təşəkkür edir, əslində belədir. Bütün bunlar Azərbaycan qarşısındakı “demokratik üstünlüklərimizi” dəyərsizləşdirir. Bu, aşkar və danılmaz faktdır”, - o bildirib.
Erməni analitik qeyd edib ki, Paşinyan Kiyevə təcili səfər etsə, hər şey düzələ bilərdi:
“Rusiyanın daha sonra nə deyəcəyi ilə bağlı narahat olmağa dəyməz. O, ölkəmizlə bağlı bütün mümkün qırmızı xətləri keçib. Putin artıq bir neçə dəfə Ermənistana xəyanət edib. Rusiya lideri indi adi qaz şantajı mexanizmini işə salmaqla ölkəmizə təzyiq göstərmək üçün yeni addımlara hazırlaşır”.скачать dle 12.1