20 yaşlı tələbə aşan hasarın altında can verdi - Azərbaycanda » Beynəlxalq İnformasiya Agentliyi
Arxiv

Oxunub:256 / 28 mar 13:01bolge

20 yaşlı tələbə aşan hasarın altında can verdi - Azərbaycanda



20 yaşlı tələbə aşan hasarın altında can verdi - Azərbaycanda

Ağdaş rayonunda 20 yaşlı tələbə bədbəxt hadisənin qurbanı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Tatlar kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Səmədov Elgün Ətraf oğlu yaşadığı evin həyətindəki köhnə hasarın üstünə aşması nəticəsində ağır bədən xəsarətləri alıb.

Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılan E. Səmədova tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Məlumata görə, E. Səmədov Ağdaş Dövlət Humanitar Kollecinin 4-cü kurs tələbəsi olub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.