Bia.Az

Tural Abbaslının şəhid qardaşı Teymurun doğum günüdür - FOTOLAR

Cəmiyyət
 25-02-2023, 13:54     265

Bu gün şəhid leytenant Teymur Abbaslının doğum günüdür.

Musavat.com xəbər verir ki, qəhrəmanımızın mövlud günü uyuduğu II Fəxri Xiyabanda qeyd olunub.

T.Abbaslının döyüş yoldaşları çıxışlarında onun döyüş yolundan danışaraq, şəhid leytenantımızın qəhrəmanlığından örnək götürdüklərini bildiriblər. Tədbirdə tanınmış simalar da iştirak ediblər. Onlar Abbaslılar ailəsinin şəhidimizin timsalında vətənpərvərliyindən danışıblar.

Teymur Abbaslı 1981-ci ildə Bakıda anadan olub. 1988-ci ildə birinci sinifə gedib. 1998-ci ildə 4 nömrəli gimnaziyanı bitirib. 1998-2002-ci ildə Gəncə Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini Ərəb, fars dili və ədəbiyyatı üzrə bitirib. 2002-2003-cü illərdə hərbi xidmətdə olub.

Şəhidimiz Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərə könüllü olaraq yollanıb. O, 2020-ci il oktyabrın 12-də Hadrutda düşmənin əks-hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

"Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub. Şəhidimizin bizə iki övladı əmanət qalıb.


Qeyd edək ki, Teymur Abbaslı AĞ Partiya başqanı Tural Abbaslının qardaşıdır.









скачать dle 12.1