Bia.Az

Əfvə düşəcək tanınmışlar: hüquq müdafiəçilərinin əsas gözləntisi - Adlar...

Siyasət
 25-02-2023, 13:37     250

Xəbər verildiyi kimi, ölkədə “Heydər Əliyev ili” ilə bağlı böyük əfv gözlənilir. Artıq Prezident yanında Əfv Komissiyasının bir neçə iclası keçirilib. Yüzlərlə müraciətə baxılıb.

Bəs hazırda proses nə yerdədir? Bundan sonra daha neçə iclas keçiriləcək? Hüquq müdadiəçilərinin bu məsələdən gözləntiləri nədir? Hansı tanınmışlar əfvə düşə bilər?
Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əfv Komissiyası 12 yanvardan öz işinə başlayıb. Qısa müddət ərzində komissiyanın 7 iclası keçirilib, bu iclaslarda 900-dən çox  müraciətə baxılıb və münasib rəylərin hazırlanması üçün qərar qəbul edilib. Əlbəttə ki, müraciətlərə baxılması  prosesi davam etdirilir və növbəti həftələrdə də komissiyanın iclası gözlənilir.
Bütövlükdə bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə ölkə səviyyəsində bir çox tədbirlərin  həyata keçirilməsinə start verilib. Bu tədbirlər sırasında qəbul ediləcək qərarlardan biri də əfv sərəncamı ola bilər. Cəmiyyət bu əfv sərəncamını böyük səbirsizliklə gözləyir. Qeyd etdiyim kimi, bu il xüsusi bir ildir, cənab Prezidentin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan  olunub.
Əliməmməd Nuriyev: DİN yanında ictimai şuranın nümunəvi bünövrəsini qoymaq  istəyirik
Əliməmməd Nuriyev
Nəzərə alsaq ki, Azərbaycan respublikası öz  müstəqilliyini bərpa etdikdən sonra 1995-ci ildə ilk Konstitusiyasını qəbul edib və onun da müəllifi ulu öndər Heydər Əliyevdir. Orada bir çox normalar var idi ki, onlardan da biri də əfv hüququdur. Bu məsələnin də əsas müəllifi Heydər Əliyev idi. Ona görə də hər kəs böyük əfv olacağını düşünür.
Azərbaycan Respublikasının Konstitusiyası öz baza prinsipini mərhəmət, sosial ədalət  və humanizm prinsipləri götürür və istər mərhum prezident Heydər Əliyev, istərsə də Prezidentimiz İlham Əliyev öz fəaliyyətində hər zaman mərhəmət, humanizm, sosial ədalət prinsiplərini təməl prinsiplər olaraq götürür.
Ötən müddət ərzinə diqqət etsək, görərik ki, 1995-ci ildən bu günə qədər 68 əfv sərəncamı olmuşdu, bu sərəncamların 33-ü mərhum prezident Heydər Əliyev, 35-i isə hörmətli Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bütün bu əfv fərmanları və sərəncamları nəticəsində 8 985 şəxs cəzadan azad edilib.
Yəni bu ənənə davam edir. Güman edirik ki, may ayında cənab Prezident tərəfindən növbəti əfv sərəncamı imzalana bilər. Əlbəttə ki, onu da vurğulamaq lazımdır ki, əfv Prezidentin müstəsna hüququdur, o heç kəsə verilmir, heç kəslə bölüşdürülmür və əfv sərəncamının da nə zaman veriləcəyi Prezident tərəfindən müəyyən edilir".
Novella Cəfəroğlu: “Qərbin insan hüquqları təşkilatları ilə daha intensiv  işləməliyik”
 Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd edib: “Əlbəttə ki, hüquq müdafiəçiləri olaraq, öz siyahımızla müraciət etmişik. Siyahımızda jurnalistlər, blogerlər, siyasi partiyaların üzvləri və digər tanınmışlar da daxildir.
Bundan başqa məhkumluq müddətinin bitməsinə az qalmış şəxslər, xəstə insanlarla bağlı da ayrıca müraciətimiz olub. Ağır xəstə olan Hüseyn Abdullayev və Eldar Həsənovla bağlı da müraciətimiz olub. Həmçinin Bəxtiyar Hacıyev, jurnalist Əvəz Zeynallı, hüquq müdafiəçisi Elçin Məmmədovun azadlığa çıxmasını arzulayır, gözləyirik.
Çox istərdik ki, həm amnistiya, həm də böyük əfv sərəncamı olsun, qeyd etdiyim şəxslərin hamısı azadlığa buraxılsın. Bu gün birlik zamanıdır. Avropa bəzi məsələləri əsas götürüb, bizi qınaya bilməsin. Yəni canilərdən başqa bütün məhbusların azadlığa çıxmasını, ailələrinin sevinməsini istəyirik. Həmçinin “İdeal” şəbəkələr birliyinin rəhbəri İlqar Əliyevi də buraxmaq lazımdır, hansı ki, zamanında çox yaxşı çalışan biznesmen olub. Eləcə də 20 ildən çoxdur ki, məhkumluq yaşayan OMON-çulara əfv vermək olar. Hər halda 1-ci Qarabağ müharibəsində iştirak ediblər. Bir sözlə, cəmiyyətə ziyanı olmayan, ağır cinayət törətməmiş, cani olmayan şəxslərin əfv olunmasını arzulayırıq"./Musavat.com/скачать dle 12.1