Bia.Az

Azərbaycan idmançılarının qatılacağı Avropa çempionatı təxirə salındı

Gündəm
 16-04-2020, 15:15     261

Azərbaycan idmançılarının qatılacağı Avropa çempionatı təxirə salındıBelarusun paytaxtı Minskdə keçiriləcək qılıncoynatma üzrə Avropa çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb.

bia.az-in məlumatına görə, bu barədə Belarus Qılıncoynatma Federasiyasının sədri Dmitri Şiçko bildirib. O, beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişer Usmanovdan müvafiq məzmunlu məktub aldıqlarını açıqlayıb.

Qeyd edək ki, Avropa çempionatı 16 - 21 iyunda nəzərdə tutulmuşdu. Beynəlxalq Qılıncoynatma Federasiyası daha öncə iyunadək olan bütün turnirləri təxirə salıb. Avropa çempionatında Azərbaycan idmançılarının da iştirakı planlaşdırılırdı.скачать dle 12.1