Bia.Az

İstanbulda gözlənilən zəlzələ gerçəkləşərsə... - Dəhşətli proqnoz

Dünya
 23-02-2023, 15:05     212

İstanbulda gözlənilən zəlzələ gerçəkləşərsə, 35 milyon ton dağıntı olacaq. 30 tonluq yük maşını ilə 24 saat dayanmadan daşısaq, bəlkə, 3-5 ilə nəticələrini aradan qaldırmaq mümkün olacaq.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli tanınmış seysmoloq Naci Görür deyib.

O, İstanbul zəlzələsinin Mərmərə bölgəsində iqtisadiyyatı iflic edəcəyini bildirib:

“Belə olacağı təqdirdə iqtisadiyyatı qısa zaman ərzində dirçəltməyimiz mümkün olmayacaq. Nəticədə Türkiyə iqtisadi müstəqilliyini itirəcək”.

Qeyd edək ki, İstanbulla yanaşı İzmir bölgəsində də zəlzələ ehtimalının olduğunu deyilir.скачать dle 12.1