Bia.Az

Sərhədimizə "mülki" adı ilə 200 silahlı göndərildi - Şok açıqlama

Gündəm
 23-02-2023, 15:03     257

Avropa İttifaqının Ermənistanla Azərbaycan sərhədinə göndərdiyi “mülki missiya” adında müşahidə qrupu əsasən silahlı fransız jandarmalardan ibarətdir.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazədə qeyd edib. O bildirib ki, belə bir qrupu “mülki missiya” adlandırmaq olmaz:

“Hətta müşahidə missiyasının silahlı olacağı barədə erməni ictimaiyyətinə məlumat verilməyib. Görünür, fransızlardan ibarət silahlı jandarma sərhəddə “müşahidə missiyası” adı ilə birbaşa Nikol Paşinyanı Rusiyanın çevriliş cəhdindən qoruyacaq. Demək olar ki, Fransanın silahlı hərbçiləri Ermənistanda Paşinyanı qoruma altına alıb və İrəvan Parisin forpostluğunu qəbul edib.

Avropa İttifaqının Azərbaycanla sərhədə göndərib “mülki” adı qoyduğu 200 nəfərdən ibarət qrup silahlı dəstələrdən ibarətdir. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə Rusiyanın deyil, Fransanın hərbçilərini yerləşdirməklə “təhlükəsizliyini” Parisə verir”.скачать dle 12.1