Bia.Az

Polad Həşimovun anası Bəxtiyar Hacıyevlə bağlı çağırış etdi - Video

Cəmiyyət
 23-02-2023, 10:29     173

Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması üçün çağırış edib.

Yenipress.az xəbər verir ki, Səmayə ana videomüraciət edərək, aidiyyatı qurumlardan Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını istəyib.

"Oğul itkisi dözülməzdir. Mən Bəxtiyarın anasına bu hissi yaşamağı arzulamıram. Gəlin, gənc balamızı xilas edək. Bunu Polad Həşimovun anası olaraq xahiş edirəm", - deyə Səmayə ana bildirib.скачать dle 12.1