Bia.Az

Təranə Səmədovanın sığınacaqdakı övladları ilə bağlı -YENİ XƏBƏR

Şou
 21-02-2023, 00:57     689

Xəbər verdiyimiz kimi, fevralın 14-ü həbs olunan prodüser Təranə Səmədovanın övladları sığınacağa yerləşdirilib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə hazırda Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində olan 13 yaşlı Suel və 7 aylıq Adel barədə Lent.az-a açıqlama verib.
O bildirib ki, uşaqların vəziyyəti yaxşıdır və polis tərəfindən təhqiqatlar davam edir:
"Sığınacağımıza yerləşdirilən Suel və Adelin vəziyyətləri normaldır. Sosial Xidmətlər Agnetliyi tərəfindən sığınacaqda uşaqların vəziyyəti qiymətləndirilib. Hazırda Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Təranə Səmədovanın saxlanıldığı təcridxanaya sorğu veriləcək. İstintaq və məhkəmə dövründə uşaqların mənim qəyyumluğuma verilməsi ilə bağlı müraciətin nəticəsini gözləyirik".
Xatırladaq ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.скачать dle 12.1