Arxiv

Oxunub:203 / 19 fev 08:31iqtisadiyyat, gundem

Bazarda BAHALAŞMA anonsu: - Qərar nəyə xidmət edir?



Bazarda BAHALAŞMA anonsu: - Qərar nəyə xidmət edir?

















Türkiyədən Azərbaycana yükdaşıma (karqo) qiymətlərinin qalxacağı bildirilir.Türkiyədən Azərbaycana karqo daşımaları həyata keçirən "Polar Kargo" şirkəti "Marja"ya məlumatı təsdiqləyib.Şirkət bunu Azərbaycan gömrüyünün yeni sistemə keçməsi, eyni zamanda gömrük rəsmiləşdirilməsi üçün tələb olunan ödənişlərin və alınan digər haqların artması ilə əlaqələndirib.Bu səbəbdən karqo qiymətlərinin qalxacağı gözlənilir. Karqo qiymətlərinin qalxması, Azərbaycan bazarında bir sıra Türkiyə mallarının bahalaşmasına səbəb ola bilər. Türkiyədən Azərbaycana karqo daşımaları ilə məşğul olan bir çox şirkətin qaldırılmış qiymətlər ilə sifarişlər qəbul etməyə başladığı, bir sıra şirkətin isə müvəqqəti olaraq sifariş qəbul etməyi dayandırdığı bildirilir.

Yük daşımaları ilə məşğul olan şirkətlər gömrük rəsmiləşdirməsini də özləri həyata keçirərək, malı qapıda müştəriyə təhvil verirlər. Bu baxımdan "rastamoşka"nın qalxması xidmət haqqının da qalxmasına səbəb olur.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, daşıma xərcləri idxal mallarının qiymətində əsas amillərdən biridir:

“Daşınma qiymətlərinin qalxması, birbaşa malın maya dəyərinə təsir edir. Hesab edirəm ki, karqo qiymətləri artarsa, Azərbaycana Türkiyədən idxal edilən malların qiymətləri də qalxacaq.Azərbaycanda 2018-ci ilin yanvarından idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının daxilolmaları artırıldı.Türkiyə şirkətləri də öz mənfəət normasını qorumaq üçün belə addımlar atır.Əslində Azərbaycan hökuməti tərəfindən gömrük ödənişlərinin artırılması, əsasən daxili bazara xidmət etməlidir.Yəni, Azərbaycan yerli malla xarici mal arasında rəqabət mühitini yaxşılaşdırmaq və onlara rəqabətdə məğlub olmamaq üçün bu addımları atmalıdır.İdxal olunan mallar içərisində elə məhsullar var ki, Azərbaycanın daxilində istehsal edilmir.Azərbaycanda istehsal edilən mallara rüsumların tətbiq edilməsi, bir qədər başadüşüləndir.Amma Azərbaycanda istehsal edilməyən malların gömrük rüsumlarının artırılması anlaşılan deyil.Bu, yalnız ölkə daxilində həmin malların qiymətinin bazarda artmasına səbəb olur.Bu da insanların real gəlirlərinin azalmasına səbəb olur.Azərbaycan hökumət nümayəndələri həmişə real gəlirdən deyil, nominal gəlirdən söhbət edir.Əslində real gəlirlər inflyasiyanın təsiri altında əriyir.Hesab edirəm ki, bu, Azərbaycanın səhv gömrük siyasətindən qaynaqlanan bir problemdir”.

İqtisadçının qənaətincə, karqo xidmətinin bahalaşması, iki ölkə arasında ticarət dövriyyəsinə təsirsiz ötüşməyəcək:

“Mal bahalaşacaqsa, Azərbaycanda həmin məhsulların müştəriləri azalacaq. Bu zaman ticarət dövriyyəsi zəifləyəcək”.