Bia.Az

“Bəxtiyar Hacıyev əlil arabasındadır, dili-damağı yara töküb”

Cəmiyyət
 20-02-2023, 15:15     183

“Müalicə müsəssisəsinin qarşısındayıq. Vəkillər – Elçin Sadıqov, Zibeyda Sadıqova, Rövşanə Rəhimli və Şəhla Hümbətova bir az olar çıxdılar. Bəxtiyar artıq əlil arasında hərəkət edir. Ş.Hümbətova deyir ki, onun ağzı, dili-damağı yara töküb”.

Turantv.az  xəbər verir ki, bunu “Müdafiə xətti” hüquq təşkilatının icraçı direktoru Rüfət Səfərov feysbuk profilindəki videomüraciətində deyib.

O bildirib ki, B.Hacıyevə təkidlə su içməli olduğu deyilib:

“O, qəti olaraq su içməkdən imtina edib. Gətirib yanına nadzorlar qoyublar. Bu nadzorlar da, onları ora təyin edənlər də insanlıqdan çıxan varlıqlardır. Nadzorlar bunun əsəbi ilə oynayırlar. Gecə saat 2-3-də Bəxtiyar yuxuya gedəndə televizoru yandırıb, hay-küy salıb onu oyadırlar. Hər gün Bəxtiyarın yanında dönərçini çağırırlar. Ondan dönərin tərkibində nələrin olduğunu soruşurlar. Bəxtiyar üzünü yuyanda nadzor gəlib onun başının üzərində dayanır ki, bəlkə, bir qurtum su içə bilər. Baxın, bunlar nə qədər faşistsayağı, yezidsayağı davranırlar. Bu, vəhşilikdir”.
R.Səfərov qeyd edib ki, bu gün saat 14-30-da Bakı Apelyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin məhkəməsi keçiriəcək.

Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir.

Bu gün – 19 fevral onun aclıq aksiyasının 41-ci günüdür.

Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

İctimai fəal fevralın 16-dan sudan da imtina etdiyini açıqlayıb.скачать dle 12.1