Bia.Az

RƏSMİ QUMAR naminə qollarını çırmayan RƏSMİLƏRİMİZ... - BU NƏDİ BELƏ?

Cəmiyyət
 20-02-2023, 14:52     216

Azərbaycanda onlarla deputat, iqtisadçı, mütəxəssislər və çoxsaylı media qrupları, sosial şəbəkə hesabları, səhifələr “Azərlotoreya”nın qumarının təşviqi üçün səfərbər olub. Şirkət öz piar kampaniyasını qurmaq üçün bütün resurslarını işə salıb, təbliğatı gücləndirib, ictimai rəyə tanınmışlar üzərindən təsir göstərməyə çalışır. Faktiki olaraq, ölkədə qumarın təbliği gedir, onun geniş yayılmasının qanuni, leqal və əsaslı olması haqda o ictimai rəyə fikirlər sırınır. Bu da təsadüfi deyil, “Azərlotoreya” texnoloqlarının marketinq mexanizmi, piar menecerlərin irəli sürdüyü ideyaların gerçəkləşməsidir.

Reportyor.info xəbər verir ki, “Poz, qazan”, “Misli ” və digər mərc oyunlarının təşviqatı üçün hazırda neçə-neçə deputatlar, KİV-lər çırmanıblar. Onlar şirkətin total şəkildə qumarı yaymasını normal bir biznes işi kimi qələmə verməyə çalışır.
Misal üçün deputat Rüfət Quliyev, Müşviq Cəfərov və digərləri “Poz, qazan” və “Misli” qumarına haqq qazandırır. Bəli, dövlətin təşkil etdiyi leqal mərc oyunlarıdır. Amma kasıbı son qəpiyin də əlindən alır. Üstəgəl, bu mərc oyunları təbliğ edilir, sürətlə yayılır, hər yerdə reklamı gedir, Bakının hər tinində bir piştaxta qoyub kuponlar satırlar. Və burada yaş faktoru da gözlənilmir. Qanunvericilik qadağan etsə də, azyaşlılar belə kupon alıb bu oyunlarda iştirak edə bilir. Amma qanunverici orqanın üzvü olan deputatlar “Azərlotoreya”nın təbliğatçısı kimi çıxış edirlər.
//Reportyor.info//скачать dle 12.1