Bia.Az

Buraxılış imtahanlarının tarixinə ETİRAZ - "Mart və apreldə keçirmək yanlışdır!"

Cəmiyyət
 20-02-2023, 13:10     178

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış imtahanlarının 11-ci siniflər üzrə mart, 9-cu siniflər üzrə isə aprel ayında keçirilməsinin nəzərdə tutulduğu açıqlanıb.
 
İmtahan tarixlərinin tezləşdirilməsi bütövlükdə təhsil ictimaiyyəti, bir çox təhsil mütəxəssisləri tərəfindən ciddi etirazla qarşılanıb.
 
Qeyd olnur ki, bu, qəbul imtahanlarına hazırlaşan abituriyentlər və tədris proqramı hələ bitməyən şagirdlər arasında müəyyən stressin yaranmasına gətirib çıxarır. Bu panika və stressin abituriyentlərin imtahan nəticələrinə öz təsirini necə göstərəcəyi isə sual altındadır.
 
Mövzu ilə bağlı AzEdu.az-a danışan "Hədəf" Şirkətlər Qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq məsələyə öz etirazını bildirib:
 
"Mənim fikrimcə, bu yanlış qərardır və heç bir halda qəbul edilə bilməz. Həmin tarixlərdə məktəb proqramı yekunlaşmır, proqram bitmədiyi halda hansısa imtahanın keçirilməsi yanlışdır. İkinci səbəb imtahan tarixləri imtahana üç-dörd ay qalmış elan olunur ki, burada abituriyentlərin dərslik proqramını oxuyub bitirməsi üçün çox qısa bir zaman qalır. Bu səbəbdən şagird məcburən əlavə müəllim yanına üz tutur, hətta getdiyi müəllimin yanında saatını artırmaq məcburiyyətində qalır. Üçüncü səbəb şagirdin dərs prosesi pozulur, buraxılış imtahanını verən şagird artıq tədris ilinin digər hissəsindəki dərslərə etinasız yanaşacaq".
 
Ş.Sadiq imtahanların yay aylarında keçirilməsinin daha doğru olduğunu bildirib:
 
"İmtahanların yay aylarında keçirilməsi daha doğru olar. Dövlət İmtahan Mərkəzi (DİM) məsələni imtahahan yoxlanma prosesinin uzun vaxt tələb etməsi ilə əlaqələndirir. Mən problemin həlli üçün təklif edirəm ki, I kurslar üçün dərs sentyabrda deyil, oktyabırda başlasın. Başqa bir çıxış yolu, imtahanın daha tez yoxlanıb bitməsi üçün markerlərin sayını artıra bilərlər".
 
Müsahibimiz əlavə edib ki, bu, abituriyentlərin, müəllimlərin və valideynlərin ciddi narazılığına səbəb olan hadisədir.


"Məsələ ilə bağlı müzakirələr aparılsa belə, təəsüflər olsun ki, lazımi tədbirlər görülmür"- deyə o qeyd edib.скачать dle 12.1