Bia.Az

"Suyu elə başdakılar bulandırır" - Hüquqşünasdan Məhkəmə Hüquq Şurasına SƏRT İRAD

Siyasət
 20-02-2023, 02:53     337

AYB-nin, AJB-nin üzvü, hüquqşünas, Prezident mükafatçısı Raqif Nazimoğlunun saytımızın 16 fevral 2023-cü il tarixli sayında "Ədalət hakimin tacı olmalıdır - İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynov isə..." sərlövhəli tənqidi yazıcını dərc etmişdik. Yazıda Raqif Nazimoğlunun İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynovun qanunsuz əməlləri barədə iddiaları yer alırdı.

BİA.az-a yenidən şikayət edən R. Nazimoğlu bu dəfə Respublika Məhkəmə Hüquq Şurasına iradlarını bildirir. O, qeyd edir ki, 09.02.2023-cü il tarixində İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynovun qanuna zidd hərəkətlərindən, kobud davranışlarından, qanunlarmızı aşağlamasından, əksər prosesləri zamanı vətəndaş ilə dövlət arasında uçrumlar yaratmasından və s. əməlləri barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına teleqramla və "Qaynar xətt"lə müraciət edib. 13 fevral 2023-cü il tarixdə isə Respublika Məhkəmə Hüquq Şurasından ona cavab məktubu gəlib. Əslində İsmayıllı rayon məhkəməsinə göndərilmiş məktubun surəti şikayətci Raqif Nazimoğluna göndərilib:

"Başa düşmürəm, bu necə olur, mən İsmayıllı rayon məhkəməsindən, həmin məhkəmənin hakimi İlqar Hüseynovun qanunsuz əməllərindən Məhkəmə Hüquq Şurasına şikayət etmişəm, MHŞ da şikayətimi göndərir şikayət etdiyim vəzifəli adama ki, qanunamüvafiq qaydada baxıb nəticəsi barədə məni məlumatlandırsınlar. Buyrun, baxın və oxuyun. Onların göndərdiyi bu məntiqsiz cavabla bağlı yenidən MHŞ-na zəng edib iradımı bildirdim ki, bu nə cavabdır, demək mən kimdən şikayət edirəmsə şikayət etdiyim şəxs özü barədə olan şikayəti araşdırıb mənə cavab verəcək?! Oradan isə "Bəli, belə olmalıdır" deyib mənə cavab verirlər. Gülməli yox, ağlamalıdır. Suyu elə başdakılar bulandırır. İlqar Hüseynov kimilərə qanunlara qarşı çıxmaq, ədalətsizlik etmək və s. əməllər sahibi olmaq şəraitini elə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurası yaradır. Yəqin ki, tezliklə belələrinə də "dur" deyən olacaq. İnanıram ki, dövləti və onun qanunlarını baş tacı bilib əməl edənlər mənim səsimə səs verəcəklər."

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


BİA.az
скачать dle 12.1