Bia.Az

Koronavirus bitən kimi toyudur

Dünya
 16-04-2020, 12:40     287

Koronavirus bitən kimi toyudur

Dünya şöhrətli müğənni Cennifer Lopez koronavirus bitən kimi idmançı nişanlısı Aleks Rodrigez ilə ailə həyatı quracaq.

bia.az xəbər verir ki, bu barədə “Us Weekly” nəşrinə cütlüyə yaxın mənbələrdən biri məlumat verib.

O, hətta toy üçün bütün hazırlıqların görüldüyünü də bildirib:

“Hər şey artıq planlanıb və ödənilib. Onlar pandemiyanın sona çatmasını gözləyirlər. Mərasimdə yalnız ailə üzvləri və cütlüyün ən yaxın dostların iştirak edəcək”.

Qeyd edək ki, Lopez və Rodrigez ötən ilin martında Bahama adalarında nişanlanmışdılar.скачать dle 12.1