Bia.Az

Gürcüstanda qəbirstanlıqların ziyarəti məhdudlaşdırılır

Dünya
 16-04-2020, 12:21     307

Gürcüstanda qəbirstanlıqların ziyarəti məhdudlaşdırılır
Gürcüstanda fövqəladə rejim çərçivəsində aprelin 17-dən etibarən şəhər qəbirstanlıqlarına giriş məhdudlaşdırılacaq.

“bia.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlər 10 gün müddətində qüvvədə olacaq.

Hökumət rəsmisi vətəndaşlara müraciət edərək onları evdə qalmağa və qanunu pozmamağa çağırıb.скачать dle 12.1