Bia.Az

Ermənistan Türkiyəni aldatdı - Paşinyan Bakının təklifindən İMTİNA ETDİ: Müharibə QAPIDA

Gündəm
 19-02-2023, 16:01     262

Ermənistanın Türkiyə ilə son yaxınlaşmaları rəsmi İrəvanı Bakı ilə danışıqlar prosesini sürətləndirməyə həvəsləndirib. Bunu Ararat Mirzoyanın Ankara səfərindən sonra Ermənistan hakimiyyətindən gələn siqnallar deməyə əsas verir.
 
Ötən gün Paşinyan sülh müqaviləsini partiya yoldaşları ilə qapalı qapılar arxasında müzakirə edib. Ermənistan Baş naziri bildirib ki, müzakirələri mümkün qədər tez bitirmək lazımdır. Ararat Mirzoyanın Türkiyəyə səfərindən sonra münasibətlərin normallaşması ilə bağlı Ermənistanın gözləntiləri artıb.
Paşinyan iclasda onu da qeyd edib ki, Ermənistan sülh müqaviləsi ilə bağlı öz təkliflərini artıq Azərbaycana göndərib. Ermənistanın birdən-birə bu qədər destruktiv mənzərə yaratmaq cəhdi düzü inandırıcı görünmür.  
Rəsmi İrəvan öncə Bakı ilə sülh sazişini imzalamaq üçün hazır olduqları görüntüsünü yaratmaqla vaxt qazanaraq Türkiyə ilə sərhədlərin açılması, gediş-gəlişin təmin olunması prosesini bütün sürəti ilə işə salmaq barədə düşünür. Bundan sonra Ermənistan tərəfinin yenidən manipulyasiyalara start verəcəyi istisna edilmir. 
Çünki Ermənistanın 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri icra etməsinə mane olmaq istiqamətində geridə qalan 3 il ərzində ona böyük dəstək verən, Ermənistan hakimiyyətinin bölgədə gərginlik yaratması üçün əlindən gələni əsirgəməyən Fransa və İran kimi dost, müttəfiqvə ən əsası "bacılığı" olan dövlətlərin canfəşanlığını arxa plana atacağı heç də inandırıcı görünmür. 
O da istisna edilmir ki, Ermənistan blokadadan çıxmaq üçün Türkiyə və Azərbaycanı konstruktivlik göstərərək bütün təklif və istəklərini yerinə yetirəcəyinə inandırmaqla özünə etimad qazanıb, regionda düşdüyü blokada vəziyyətindən çıxması üçün Ankaranın İrəvanla aralarındakı bütün sədləri götürməsinə və beləcə, İrəvanın 35 illik blokada vəziyyətinə son qoymağı planlaşdırır. Təbii ki, Nikol Paşinyan bu planı öncədən əsas trəəfdaşları, müttəfiqləri, dostları olan Fransa və İranla xüsusilə razılaşdırıb.
Ararat Mirzoyanla Çavuşoğlunun Ankara görüşü öncəsi Ermənistan-Türkiyə quru sərhəddinin uzun illər sonra açılması İrəvanın planlarının işinə yaradığını göstərmiş olur. Ermənistan XİN başçısı türkiyəli həmkarı ilə mətbuata bəyanatla çıxışı zamanı bu məsələ ilə bağlı açıq qeyd etdi ki, "35 ildən sonra quru sərhədimiz açılıb. Bu, simvolik addımdır. Biz diplomatik münasibətlərin bərpasının tərəfdarıyıq".
Buradan bir məsələ xüsusilə çox yadın görünür: Belə məlum olur ki, Ermənistan Türkiyədəki zəlzələni Ankara ilə münasibətlərin Bakı faktoru olmadan qurulması üçün “fürsət olaraq görür. Bunu Paşinyanın daxildə ona qarşı bu addımına görə narazılıqların olmasına rəğmən Türkiyəyə xilasedicilər göndərməsi, Ərdoğana zəng edərək başsağlığı verməsi, ardınca zəlzələ bölgəsində humanitar yardımlar göndərilməsi detalları da aydın şəkildə təsdiqləyir.
Nəticə isə göz önündə: İrəvan Azərbaycan torpaqlarının işğalına görə 35 ildir bağlı saxlanılan Türkiyə-Ermənistan sərhədinin açılmasına nail oldu. Amma bu o demək deyil ki, Türkiyə Ermənistan ilə münasibətlərin “şərt” olmadan qurulmasına razılıq verib. Ankara-Bakı tandem bu məsələdə İrəvanın bütün mümkün addımlarını gözdən keçirməklə ortaq qərar qəbul etdikləri daha inandırıcıdır. 
Zəlzələnin sərhədin açılması üçün fürsət olaraq dəyərləndirən Ermənistana görə Ankaranın Bakının maraqlarına zidd gedəcəyi heç inandırıcı görünmür. 
Ermənistan hökümətinin Bakının göndərdiyi sülh sazişinə cavab mətnində yenə Qarabağla bağlı bənd olsa belə, bu dəfə də heç nə alınmayacaq. Paşinyan mətni Bakıya göndərdikdən sonra Münhen Təhlükəsizlik Konfransında iştirak üçün yollanacaq. Böyük ehtimalla Ermənistan baş naziri bu qərarı məhz Münhen səfəri öncəsi ona görə edib ki, əlini daha da gücləndirərək, orada özünü “sülhpərvər” kimi göstərmək üçün zəmini olsun. 
Bununla da Nikol Paşinyan Münhendə “sülh təkliflərinə” Bakıdan cavab gözləyirik arqumenti ilə Ermənistanın mövqeyini prosesdə daha da sağlam tutmaq barədə düşünür. İrəvanın mətni keçmiş həmsədr dövlətlərə - ABŞ, Fransa və Rusiyaya da göndərməsi bird aha deməyə əsas verir ki, Ermənistan Azərbaycanla Bakının təqdim etdiyi 5 maddəlik təkliflər paketinə uyğun olaraq sülh sazişi imzalamaqdan növbəti dəfə boyun qaçırmaq barədə düşünür. 
Paşinyan növbəti hiyləyə də əl ataraq, “Qarabağın təhlükəsizliyi beynəlxalq təminat altında olmalıdır” fikrini yaymağa başlaması, beynəlxalq aləmin diqqətini cəlb etmək məqsədilə məkirli oyunlar seriyasını davam etdirməsi ehtimallarını daha da qüvvətləndirir. Lakin Paşinyan və arxalandığı havadarları unudur ki, rus sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı separatçılar tərksilah olunmayana və bölgədə Azərbaycan qanunlarının tətbiqi təmin edilməyənə qədər təhlükəsizlik məsələsindən söhbət gedə bilməz.
Təəssüf ki, artıq indidən sezmək olur ki, Ermənistan sülh müqaviləsini imzalamaqdan növbəti dəfə yayınmaq üçün özünə görə ciddi səbəblər hazırlamağa çalışır. Amma əslində bu, Azərbaycan üçün yox , məhz elə hayların özü üçün dəhşətli hadisələrlə nəticələnəcək. Çünki İrəvanın Bakı ilə sülh danışıqlarına növbəti destruktiv yanaşması Ermənistanın bölünməsi məsələsini aktuallaşdırır.

Atabəy Türkelскачать dle 12.1