Bia.Az

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda ehtiyatlı olun!

Sosial
 19-02-2023, 15:48     278

Fevralın 20-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Bu barədə BİA.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacaq.скачать dle 12.1