Bia.Az

Bakıda avtomobilin vurduğu piyadanın ayağı sındı

Hadisə
 16-04-2020, 11:59     335

Bakıda avtomobilin vurduğu piyadanın ayağı sındıBu gecə paytaxtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

bia.az-in məlumatına görə, hadisə “20 Yanvar dairəsi”ndə qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Əhmədov Əhmədağa Hümbət oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1